Modern.az

Viktor Yanukoviç Timoşenkodan irəlidədir

Viktor Yanukoviç Timoşenkodan irəlidədir

7 Fevral 2010, 18:35

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda Regionlar Partiyasının namizədi  Viktor Yanukoviç rəqibi Yuliya Timoşenkodan cüzi fərqlə irəlidədir. Modern.az xəbər verir ki, Ukryanada seçkilərin ilkin nəticələrinə dair keçirilmiş ekzit-poll Yanukoviçin 15 faiz səs çoxluğu ilə irəlidə olduğunu göstərib. Ekzit-poll-a görə, Yanukoviç səslərin 55 faizini, Timoşenko isə 41 faizini toplayıb.  Seçicilərin 4 faizi hər iki namizədin əleyhinə səs verib.

Kiyevdə seçicilərin əksəriyyəti – 66 faizi Timoşenkoya səs verib. Krımda isə seçkinin birmənalı favoriti Yanukoviçdir, o səslərin 80 faizini əldə edib. Odessada da Yanukoviç liderlik edir, o səslərin 75 faizini qazanıb.

Ukrayna MSK-sı seçici fəallığının 17 faiz olduğunu bildirib.   Yanukoviç əsasən rusdilli sakinlərin yaşadığı ölkənin cənub-şərq regionunda, Timoşenko isə ölkə paytaxtı Kiyev və qərb bölgəsində güclüdür .Məlumatlara görə, ölkənin şərqində fəallıq daha çoxdur.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, seçki prosesi insidentlərlə müşayiət olunur. Səsvermədən əvvəl İvano-Frankovski şəhərində dairə seçki məntəqəsində  Timoşenkonu təmsil edən komissiyanın katibinin meyiti  tapılıb. Məntəqədəki seyfdən isə seçki bülletenləri yoxa çıxıb. Elə bu gün Timoşenkonun saytına hakerlərin hücumu olub.       
Bu gün paytaxt Kiyevdə bütün strateji obyektlərin mühafizəsi gücləndirilib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?