Modern.az

Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər

Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər

Diaspor

12 May 2021, 11:43

Avropa Azərbaycanlılarının təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoçarx təqdim olunub.


Videoçarxın hazırlanmasında Almaniyanın Münhen və Köln, İsveşrənin Cenevrə, Niderlandın Haaqa, Rotterdam  və Layverden, İsveçin Stokholm, Norveçin Oslo, Fransanın Strasburq şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Videoçarx ümummilli lider Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan" şeiri ilə başlayıb. Sonra Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyevanın təqdimatı ilə soydaşlarımız Qədir Həsənov (Strasburq), Şervin Nəcəfpur (Oslo), Aidə Həşimova (Layverden), Mariya Xan-Xoyskaya (Cenevrə), Səttar Kərimov (Münhen), Elsevər Məmmədov (Rotterdam), Altay Rüstəmli (Köln), Kamran Əsədov (Strasburq), "Qarabağ" məktəbinin şagirdləri (Stokholm) ulu öndərin sülhə çağıran fikirlərini təmsil etdikləri ölkələrin rəsmi dillərində səsləndiriblər.


Videoçarxın sonunda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi barədə fikri təqdim olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?