Modern.az

Xarici ölkələrdə Heydər Əliyevin xatirəsi yad edilib

Xarici ölkələrdə Heydər Əliyevin xatirəsi yad edilib

Diaspor

12 May 2021, 16:21

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının, Azərbaycanın bu ölkədəki səfirliyinin, UNESKO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə ümummillli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib.

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konsert zamanı Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur bəstəkarlardan Frans Şubert, Ferens List, Arif Məlikov, Astor Piazzola, İssak Albeniz, Fazil Say və digərlərinin əsərlərini ifa ediblər.

***

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Marneulidə Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə GAİM-in icraçı direktoru Rafiq Hümmət, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, şair-pedaqoq Fatma Aslan, ictimai xadim Səyyad Xəlilov, Elmi Araşdırmalar Assosiasiyasının rəhbəri Ehtiram Əmirxanlı, Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları xalqımızın ümummilli liderinin parlaq şəxsiyyəti və uzaqgörən siyasəti barədə danışıblar.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub, GAİM-də təhsil alan şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.


***

İtaliyanın //diplomatic-correspondent.blogspot.com xəbər portalında Azərbaycan–İtaliya Birliyinin təşəbbüsü ilə,  Yunanıstanın //www.karfitsa.gr  xəbər saytında isə "Qala" Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb.

İtaliyalı jurnalist Karlo Marinonun qələmə aldığı məqalədə dahi şəxsiyyətin doğum gününün növbəti ildönümünün ölkəmizdə böyük qürurla və ehtiramla yad edildiyi bildirilib, onun ömür yolu barədə ətraflı məlumat verilib. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizə köklü və dinamik inkişaf gətirdiyi və mədəni dirçəliş dövrü kimi yaddaşlarda qaldığı vurğulanıb.

Monteneqronun və Bosniyanın xəbər portallarında da görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə məqalələr yayımlanıb.

Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalələrdə ölkəmizin inkişaf etməsi uğrunda yorulmadan mübarizə aparmış Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edildiyi vurğulanıb.

Məqalələrdə parlaq tarixi şəxsiyyət olan Heydər Əliyevin xalqımızın tələbi ilə vətənimizin ən çətin və taleyüklü dönəmində hakimiyyətə gəldiyi, ölkəmizi bir çox bəlalardan qurtararaq, onun dövlət müstəqilliyinin dönməzliyini təmin etdiyi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərdiyi nəzərə çatdırılıb. 

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//diplomatic-correspondent.blogspot.com/2021/05/heydar-aliyev-per-il-popolo.html?m=1

//www.karfitsa.gr/arthro-tou-syllogou-ellino-azerikis-filias-qala-gia-ton-cheintar-aligief/?fbclid=IwAR2AsRzqP1CkbUQwBxBTHnbCSzy3SY-kSiaKVwhkDysqofixmRC0s5NcNx4

//www.portalanalitika.me/clanak/veliki-lider-hejdar-alijev?fbclid=IwAR1hNVtGU3xyV2seh3P42_CuEBVunHAnMRTWS_uPO5E3UDjdOemjox2GZlo

//crnogorskiportal.me/sadrzaj/4892?fbclid=IwAR0LHFNFssOmVbYVnFJcs9vwlyVa6FMYAABLXNisF5F96qKrcfh9jPSVUoY

//www.aktuelno.me/svijet/veliki-lideri-hejdar-alijev-uz-98-godisnjicu-rodjenja/?fbclid=IwAR3qQxMB_-XnbnUgVVgsO-NeoOiaQeLSesgc_uI7q3K68wsOsgsxnTMr9Hc

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!