Modern.az

“Xarıbülbül” festivalının siyasi mesajlarının əks-sədası mütləq olacaq - Səməd Seyidov

“Xarıbülbül” festivalının siyasi mesajlarının əks-sədası mütləq olacaq - Səməd Seyidov

Parlament

12 May 2021, 17:36

"Şuşada illər sonra yenidən keçirilən "Xarıbülbül" festivalı önəmli tarixi hadisədir".


Bu sözləri Modern.az-a Şuşada keçirilən "Xarıbülbül" festivalının siyasi əhəmiyyəti haqqında deputat Səməd Seyidov deyib. O qeyd edib ki, bu, Azərbaycan xalqının qüruru, illər boyu arzuladığı, xəyalını qurduğu hadisədir:

"Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti, Azərbaycan Ordusunun şücaəti, ən əsası Azərbaycan xalqının iradəsi nəticəsində reallaşan gözəl bir bayramı yaşayırıq. Üstəlik, bu festival müqəddəs Ramazan bayramına təsadüf edir. Cənab prezident Azərbaycanın bu siyasi və hərbi uğuru haqqında konkret məsələləri gündəmə gətirdi.

"Xarıbülbül" festivalı Azərbaycan xalqının daxilindən doğan multikultural fəlsəfəni dünyaya təqdim edir. Bəlkə də mesajların ən əsası budur. Azərbaycan öz davranışı, öz addımları ilə bütün xalqlarla əmin-amanlıq, sülh, tərəqqi, inkişaf istiqamətində siyasət yürüdür. Bu mesajlar mütləq çatdırılmalıdır. Çünki təəssüflə qeyd etməliyik ki, əks tərəf Azərbaycanı məhz bu məsələlərdə ittiham edir. Qərb ölkələrini də tamamilə yanlış istiqamətə yönəltməyə, beynəlxalq təşkilatların içərisində anti-Azərbaycan mövqelərinin formalaşmasına cəhd edir. Ona görə, "Xarıbülbül" festivalının mədəni əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də tarixi önəm daşıyır. Festivalın siyasi mesajlarının əks-sədası mütləq olacaq. Çünki bütün dünya bu cür əhəmiyyətli tədbirə diqqətlə baxır, izləyir. Hər bir musiqini, hər bir rəqsi, hər bir sözü, hər bir xalqın nümayəndəsinin dəyərləndirilməsini ciddi süzgəcdən keçirirlər.

Hesab edirəm ki, cənab prezidentin bu addımı Qarabağ Azərbaycan siyasətində növbəti vacib, əhəmiyyətli məqam olacaq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir