Modern.az

Erməni nazir Sergey Lavrova Azərbaycandan ŞİKAYƏT ETDİ

Erməni nazir Sergey Lavrova Azərbaycandan ŞİKAYƏT ETDİ

12 May 2021, 18:55

Mayın 12-də Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ara Ayvazyan Sergey Lavrova Azərbaycandan şikayət edib.

Ayvazyan rusiyalı həmkarına Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisə barədə məlumat verib və Azərbaycan tərəfini təxribat törətməkdə suçlayıb.

Tərəflərin danışığı zamanı regional təhlükəsizlik və sabitlik, vəziyyətin kəskinləşməməsi üçün görülən tədbirlər barədə əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.


Ermənistan mediası bu gün Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində - Qaragöl tərəfdə 3 kilometr irəlilədiyini yazıb.


Xatırladaq ki, Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib,  ola bilsin ki, indi Azərbaycan dövlət sərhədini bərpa edir.

 


Azərbaycan tərəfdən yayılan informasiyalara hələ ki rəsmi münasibət bildirilməyib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı