Modern.az

20 yaşlı tələbə qız özünü asdı

20 yaşlı tələbə qız özünü asdı

Aktual

12 May 2021, 21:14

Şəki rayonunda intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Aşağı Layısqı kəndində qeydə alınıb.

 

Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.

 

Məlumata görə, intihar edən 20 yaşlı M.Qasımova tələbə olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir