Modern.az

Polislər Mingəçevir və Zaqatalada bu şəxsləri ziyarət etdilər - FOTO

Polislər Mingəçevir və Zaqatalada bu şəxsləri ziyarət etdilər - FOTO

Aktual

12 May 2021, 21:40

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  şəhid ailələri və qazilərlə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların hünərinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Aztəminatlı ailələrin də evində qonaq olan polislər onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə şəhər ərazisində 30 ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib.

 

Zaqatala Rayon Polis Şöbəsinin də əməkdaşları bayram münasibətilə şəhidlərimizin  və aztəminatlı vətəndaşlarımızın evlərində qonaq olublar. Görüşlər zamanı onların qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb. Ailələrə bayram sovqatları təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır