Modern.az

Bakıda piyadanı maşın vurdu

Bakıda piyadanı maşın vurdu

12 May 2021, 22:40

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, 1980-ci il təvəllüdlü Hacıyeva Ceyhunə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı