Modern.az

Şuşada inşa olunacaq yeni məscid belə olacaq - FOTO

Şuşada inşa olunacaq yeni məscid belə olacaq - FOTO

Aktual

12 May 2021, 23:56

Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

 

Modern.az xəbər verir ki, şəhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.

 

Qeyd edək ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək.

 

Xatırladaq ki, bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər onların hamısını dağıdıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir