Arxiv
12 May 2021, 23:42 | QARABAĞ
Şoyqu erməni həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının hərbi idarəsinin rəisi Vaqarşak Harutyunyanla telefonla danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, söhbət zamanı, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi ərazilərdəki vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?