Modern.az

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası

13 May 2021, 00:42

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

 

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?