Modern.az

Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb

Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb

Aktual

13 May 2021, 09:37

Venesuelada cari ilin 4 ayı ərzində qiymət artımı 240 faizdən çox olub.

Modern.az-ın verdiyi xəbərə görə, bu barədə Venesuela Maliyyə Rəsədxanasının "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Aprel ayında inflyasiya 33,4 faiz, ilin əvvəlindən isə 240,5 faiz təşkil edib".

 

Qeyd edilir ki, illik qiymət artımı 2 840 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon nəfər tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür