Modern.az

Hulusi Akardan hesabat: 105 terrorçu zərərsizləşdirilib

Hulusi Akardan hesabat: 105 terrorçu zərərsizləşdirilib

Aktual

13 May 2021, 10:38

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar iftardan sonra Şırnaka gedib.

Şırnakdakı çıxışında Türk Silahlı Qüvvələrinin yeganə hədəfinin bölgədəki terrorçular olduğunu vurğulayaraq, əməliyyatların İraq başda olmaqla bütün qonşuların ərazi bütövlüyünə, sərhədlərinin təhlükəsizliyinə və suverenliyinə hörmətli bir şəkildə həyata keçirildiyini bildirib.

 

Modern.az xəbər verir ki, Nazir çıxışında 23 apreldən aparılan əməliyyatlarda 105 və ümumilikdə bu il 1056 terrorçunun zərərsizləşdirildiyi qeyd edib.

Çıxışının sonunda şəhidlərə rəhmət, yaralılara şəfa diləyən Akar, gecə saatlarına qədər Türk Silahlı Qüvvələrinin komandanlığı ilə əməliyyatları izləyib.

 

Aysel Məhərrəm

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir