Modern.az

100 mindən çox müsəlman bayram namazını Əl-Əqsada qıldı

100 mindən çox müsəlman bayram namazını Əl-Əqsada qıldı

Dünya

13 May 2021, 10:50

100 mindən çox müsəlman Ramazan Bayramı namazlarını İsrailin işğalı altında olan Şərqi Qüdsün İçəri Şəhərində yerləşən Məscidül-Əqsada qılıb.

 

Modern.az xəbər verir ki, Şərqi Qüdsdəki fələstinlilər hər il olduğu kimi bu il də bayram namazı üçün Əl-Hərəm əş-Şərif axın edib.

Qüds İslam Vəqfləri İdarəsi tərəfindən edilən yazılı açıqlamada 100 mindən çox insanın bayram namazı qılmaq üçün məscidə gəldiyi bildirilib.

 

Qeyd edək ki, namazından sonra bir çox fələstinli şəhid olan həmvətənləri üçün  nümayiş təşkil edib.

 

Aysel Məhərrəm 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı