Modern.az

İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə

İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə

Aktual

13 May 2021, 10:55

Biz çox xoşbəxtik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun cəsarətilə torpaqlarımız işğaldan azad edilib. İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik.

Modern.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

 

A.Paşazadənin sözlərinə görə, bu il ilk dəfədir ki, bu bayramı qalib ölkə kimi qeyd edirik: “Ali Baş Komandanımızın adı fateh kimi tarixə düşəcək və gələcək nəsillər bunu öyrənəcək.

Allah buyurur ki, həqqın yolunda ol, həqiqətə çatdıraram. Biz bu aydakı duaların müstəcəm olduğuna inanırıq və Allah bizə belə zəfəri nəsib etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdi”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi