Modern.az

Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib

Moskvada Azərbaycan vətəndaşı qətlə yetirilib

7 Fevral 2010, 18:39

Moskvanın qərbində naməlum şəxs Azərbaycan vətəndaşını güllələyib. Modern.az xəbər verir ki, soydaşımız şəhər xəstəxanlarından birinin reanimasiya şöbəsinə çatdıırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  30 yaşlı həmyerlimiz Moskvada bir neçə aydır ki yaşayırmış. Həkimlər onun döş nahiyyəsində  odlu silah yarası aşkarlayıblar.  Müstəntiqlər həmyerlmizin  dost və tanışlarını dindiriblər. Məlum olub ki,  həmyerlimiz Platovskaya küçəsində yerləşən restoranlardan birində 4 nəfərlə nahar edib. Gözlənilmədən salondakılardan biri  tapança çıxararaq ətrafdakılara atəş açıb. İlk güllə  soydaşımızı haqlayıb. Cinayətkar hadisə yerindən qaça bilib.  Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır