Modern.az

Bu gün peyvənd olunanların sayı 21 mini keçdi

Bu gün peyvənd olunanların sayı 21 mini keçdi

13 May 2021, 20:20

Mayın 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 min 15 doza vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 16 min 158 nəfər olub.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 748 min 725-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 19 min 352, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 729 min 173 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu