Arxiv
13 May 2021, 21:28 | AKTUAL
Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu

Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər mayın 13-dən ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu gündən ölkədə məktəblər və uşaq bağçaları öz fəaliyyətlərini bərpa ediblər.

 

Bundan başqa, daxili ictimai nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər də ləğv edilib.

 

Ölkənin bir sıra dövlət əhəmiyyətli idarələrində elan edilən tətil də bu gün bitib və fəaliyyətlər bərpa olunub. Lakin keçən il noyabrın 28-dən tətbiq olunan “komendant saatı” qüvvədə qalır.

 

Hökumət rəsmiləri “komendant saatı”nın mayın sonunda yüngülləşdirilə biləcəyini istisna etmirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?