Arxiv
13 May 2021, 21:42 | AKTUAL
Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.  Yol qəzasında sürücünün övladı, Qasımzadə Ruqiyyə Məhəmməd qızı vəfat edib.

 

Həmçinin, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir (report).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?