Modern.az

İsmayıllıda ağır yol qəzası - ölən var

İsmayıllıda ağır yol qəzası - ölən var

13 May 2021, 22:35

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İsmayıllı rayonu Cülyan kənd sakini, 1991-ci il təvəllüdlü Qafarov Qəşəm Firudin oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Qəşəm Qafarov dünyasını dəyişib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir