Arxiv
13 May 2021, 22:49 | AKTUAL
ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.

 

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?