Modern.az

“Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası

“Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası

Aktual

13 May 2021, 23:17

“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunu “Sportinq”ə keçməyə razı salmağa çalışır.

 

Modern.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

 

“Mən onunla danışacağam və növbəti il “Sportinq”ə qayıtması üçün razı salmağa çalışacağam, bunun üçün hər şeyi etməyə hazıram”, - deyə D.Aveyru bildirib.

 

Qeyd edək ki, Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır