Modern.az

Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO

Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO

13 May 2021, 23:48

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ramazan bayramı münasibətilə ölkənin müsəlman icmasının bir qrup üzvünü qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından məlumat verilib.

 

Bildirilib ki, hökumət başçısı müsəlman həmvətəndaşlarını Ramazan bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

 

İrakli Qaribaşvili deyib ki, Gürcüstanda müsəlman və xristianlar tarixən bir-birlərinin dini etiqadlarına qarşılıqlı hörmət şəraitində yaşayıblar.

 

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov görüşün təşkili və təbriklərə görə İrakli Qaribaşviliyə minnətdarlıq edib.

 

Gürcüstanda bütün dini icmalara eyni şəraitin və ölkədə demokratik şəraitin yaradıldığını vurğulayan R.İgidov bunun nəticəsində dini tolerantlığın hökm sürdüyünü qeyd edib.

 

Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze görüşün təşkilinə görə Baş nazirə minnətdarlığını bildirib.

 

O, Gürcüstanın bu gün də mədəni, etnik və dini müxtəlifliyi ilə fərqləndiyini qeyd edib. Bildirib ki, müxtəlif dinlərə mənsub olan insanlar Gürcüstanda həmişə qardaşlıq və dostluq mühitində yaşayıblar və bu da vahid güclü dövlətin qurulmasına kömək edib.

 

Görüşdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze də iştirak edib (Azərtac).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu