Modern.az

ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı

ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı

Dünya

14 May 2021, 00:27

ABŞ rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

 

Modern.az xəbər verir ki, bunu “ CNN” televiziyasının əməkdaşı Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitter hesabında yazıb.

 

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarəsi ilə İsrail ərazisini tərk ediblər. Onlar Almaniyaya aparılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir