Arxiv
14 May 2021, 09:05 | DÜNYA
BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası  İsrail ilə Fələstin arasında artan gərginlik və Qəzzaya hava zərbələrini müzakirə etmək üçün bazar günü toplanmağa qərar verib.

Modern.az xəbər verir ki, ABŞ-ın BMT-nin Cümə iclasına etirazından sonra, Şura İsrail və Fələstin arasındakı gərginliyi bazar günü bir ictimai forumda müzakirə etməyi qəbul edib.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu həftə iki dəfə təcili iclasda toplanıb, lakin ABŞ-ın etirazı ilə bağlı heç bir addım atılmayıb. Şura bazar günü keçiriləcək iclasla üçüncü dəfə bir araya gələcək.

 

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?