Modern.az

Yer kürəsinə asteroid yaxınlaşacaq

Yer kürəsinə asteroid yaxınlaşacaq

Aktual

14 May 2021, 09:19

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 88 ilə 200 m arasındakı diametrli asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə NASA-nın Yerə Yaxın Kosmik Obyektləri Araşdırma Mərkəzinin saytında deyilib.

Bildirilib, mayın 14-də 2015 KJ19 adlandırılan səma cismi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 06: 04-də planetimizə 5,77 milyon km məsafədə yaxınlaşacaq. Bu da Yerdən Aya olan məsafədən 15 qat çoxdur. Asteroidin uçuş sürəti təxminən 83 min km/s.

Mərkəzin mütəxəssisləri səma cismini planetimiz üçün təhlükəli hesab etmirlər.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu