Arxiv
14 May 2021, 09:50 | AKTUAL
İsrail hava hücumlarına yenidən başlayıb

İsrail döyüş təyyarələri, 2 saatlıq aradan sonra yenidən Qəzza zolağını bombalamağa başlayıb.

 

Modern.az xəbər verir ki, son hücumda döyüş təyyarələri Qəzza şəhərinin Zeytun Məhəlləsində yerləşən dəmir emalatxanasını hədəf alıb. Hələlik hücumlarla bağlı Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən ölən və yaralananlar haqqında  açıqlama verilməyib.

 

Qeyd edək ki, mayın 10-dan bəri Qəzza zolağında həyata keçirilən  hücumlarda 28-i uşaq və 15-i qadın olmaqla 109 nəfər ölüb, 621 nəfər yaralanıb.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?