Modern.az

“Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA

“Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA

14 May 2021, 14:26

“Paşinyan Putinlə danışığı zamanı Azərbaycanla sərhəd münaqişəsinə görə Putindən yardım istəməyib”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Telefon danışığı zamanı Ermənitan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə məsələ ilə bağlı məsləhətləşmələrə başlamaq niyyətini açıqlayıb.

 

Xatırladaq ki, Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı yaranmış mübahisəyə görə Rusiya və Ermənistan prezidentləri ilə yanaşı, Təhlükəsizlik Şurasının Baş katibləri də telefonda danışıb.

KTMT Baş katibi Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyanla danışıqlar aparıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?