Modern.az

Ukraynanın yeni prezidenti Yanukoviçdir

Ukraynanın yeni prezidenti Yanukoviçdir

Təhsil

8 Fevral 2010, 10:24

Ukryanada prezident seçkiləri başa çatıb. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, müxtəlif  sorğu mərkəzlərinin apardığı “exit-poll”lar ikinci tur seç seçkilərində Regionlar Partiyasının namizədi Viktor Yanukoviçin qalib gəldiyini göstərir.   Exit-poll-un ümumi nəticələrinə görə, Yanukoviç və Yuliya Timoşenko arasında 2-6 faiz arası fərq var. Timoşenkoya yaxın hesab olunan Milli exit-poll-un nəticələrinə görə, Yanukoviç, 48,7, Timoşenko isə 45,5 faiz səs toplayıb. Yanukoviçə yaxın hesab olunan "Research&Brandings group"un keçirdiyi exit-poll-un nəticələrin görə isə, Yanukoviç 50,36 faiz, Timoşenko 44,02 faiz səs topalyıb. "FOM-Ukrayna" təşkilatının "İnter" telekanlının sifarişi ilə keçirdiyi sorğuda Yanukoviç Timoşenkodan təqribən 5,6 faiz irəlidədir.  "İCTV" telekanalının sifarişi ilə keçirilən sorğuda isə Yanukoviş 49,8%, Timoşenko isə 45,2 faiz səs toplayıb.

Regionçular Timoşenkonu məğlubiyyəti etiraf etməyə çağırdı

Exit-poll-ların açıqlamalarından sonra Regionlar Partiyası baş nazir Yuliya Timoşenkoya səsvermədə məğlubiyyəti etiraf etməyə məsləhət görüb. Partiyanın sədr müavini Anna German Timoşenkonu MSK binası və məhkəmələri blokadaya almaqdansa seçkidə məğlub olduqlarını etiraf etməyə çağırıb. Onun sözlərinə görə, “exit-poll”arın nəticələrinə görə,  Yanukoviçə 1 milyon 250 mindən 1 milyon 500 minə qədər seçici səs verib. “Əgər bir milyon səs toplasaq belə,  bu, artıq bizim qələbəmizdir”,-deyə German bildirib. O, deyib ki, Yanukoviç komandasında artıq belə bir məlumatlar var ki,  Timoşenko düşərgəsində dəhşətli panika var.  “Onlar məhkəmələri, MSK-nı blokadaya almaq istəyirlər”.  Məlumatlara görə, regionçular MSK binasını Timoşenko tərəfdarlarının hücumundan qorumaq üçün küçələrə 50 min insan çıxaracaq.

Timoşenko: “Hər səs uğrunda mübarizə aparacağıq”

Prezidentliyə namizəd Yuliya Timoşenko hesab edir ki, “exit-poll”ara əsaslanaraq prezident seçkilərinin nəticələri barədə hökm vermək düzgün deyil. ““Exit-poll”ar yalnız sosioloji araşdırmadır, burada xətalar 3 faiz təşkil edir, buna görə də exit-poll-a görə nəticə çıxarmaq hələ tezdir”,-deyə Timoşenko bildirib. “Nə qədər ki, son protokol hesablanmayıb, hansısa nəticələrdən danışmaq tezdir. Biz hər səs uğrunda mübarizə aparacağıq”.  Onun  sözlərinə görə, hər şey onun komandasının yerlərdə bu mübarizəni necə aparmasından asılı olacaq.

Yanukoviç : "Timoşenko istefaya hazırlaşsın"

Viktor Yanukoviç isə Timoşenkonu baş nazir vəzifəsindən istefaya hazırlaşmağa çağırıb. "Düşünürəm ki, Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır. O, bunu yaxşı başa düşür. Hər halda bu ona təklif ediləcək" - Viktor Yanukoviç bu sözləri mətbuat konfransında deyib. O, həm də iqtisadi böhranla mübarizə üçün sürətli islahatlar həyata keçirəcəyinə söz verib.

 AŞ PA: “Seçkiəlr şəffaf olub”

Avropa Şurası Parlament Assambleyasının seçkiləri monitorinq komitəsinin  nümayəndələri səsvermənin şəffar olduğunu qeyd ediblər. AŞPA mühahidəçi missiyasının rəhbəri  Matiaş Erşi qeyd edib ki, ikinci tur səsvermə şəffaf keçib. “Beynəlxalq birlik və seçkilərdə məğlub olmuş namizəd qalibi tanımamılıdır”-deyə Erşi deyib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür