Arxiv
14 May 2021, 20:05 | AKTUAL
Şentop Sahibə Qafarovaya zəng etdi

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə  və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

 

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.     

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv