Modern.az

TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminara başlayır

TQDK qəbul imtahanlarının nəzarətçiləri üçün seminara başlayır

Təhsil

8 Fevral 2010, 14:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. TQDK-dan verilən məlumata görə, Seminar–məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

 Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin  məsul əməkdaşları tərəfindən aparılacaq.

Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək.

Seminar–məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid  film nümayiş etdiriləcək.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir