Modern.az

“Elektron-ticarət”lə bağlı veb portal yaradılır

“Elektron-ticarət”lə bağlı veb portal yaradılır

Təhsil

8 Fevral 2010, 14:50

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda “elektron ticarət”in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilib.
Nazirlikdən bildirlib ki, tapşırığın icrasını təmin etmək üçün sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Özəl sektora dəstək proqramı” çərçivəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən “elektron ticarət”lə bağlı veb portalın yaradılması nəzərdə tutulur.
Artıq İqtisadi İnkişaf Nazirliyi və “GTZ” təşkilatı “elektron ticarət”lə bağlı veb portalın yaradılması istiqamətində işlərə başlayıb. Belə ki, yaxın aylar ərzində veb portalın idarə edilməsi, həmçinin saxlanması xərclərinin maliyyələşdirilməsi və s. sahələrdə donorlarla danışıqlar aparılacaq.
“Elektron ticarət”lə bağlı veb portal istifadəyə verildikdən sonra bu sahədə  ictimaiyyətin, o cümlədən, kənd təsərrüfatı məhsulları istehsalçılarının və sahibkarların məlumatlandırılması və təlimlərin keçirilməsi ilə bağlı tədbirlər görüləcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!