Modern.az

"Space" TV-yə yeni rəhbər təyin olundu - FOTO

Media

20 May 2021, 17:16

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

 

Modern.az xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

 

Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

"Space"in rəhbəri vəzifəsi xeyli vaxt idi boş idi. Telekanalın keçmiş rəhbəri Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb.  Bir müddət sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova təyin olunmuşdu. Amma telekanaldakı maliyyə problemləri səbəbindən cəmi 6  gün sonra istefa vermişdi.

 

Müşfiq Hətəmov
Müşfiq Hətəmov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü