Arxiv
21 May 2021, 11:10 | AKTUAL
Sahibə Qafarova İtaliya səfərindən danışdı

"Mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb".


Modern.az
xəbər verir ki,bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.


Onun sözlərinə görə, səfər zaman TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib:


"Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq üçtərəfli bəyanatı tam həcmində icra edəcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv