Modern.az

Milli Qəhrəmanlar “YAŞAT\" Xeyriyyə marafonunu DƏSTƏKLƏDİLƏR

Milli Qəhrəmanlar “YAŞAT\

21 May 2021, 13:11

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" Xeyriyyə marafonu davam edir.

Xeyriyyə marafonunun məqsədi  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.

Azərbaycanın Milli Qəhrəmanları da “YAŞAT” Xeyriyyə marafonunu dəstəkləyirlər.


Milli Qəhrəman Ehtiram Əliyev Modern.az-a deyib ki, biz qəhrəmanlarımızı azad olunmuş ərazilərimiz gözündə görməliyik:


“Təşkil edilən xeyriyyə marafonu çox bəyənilən bir addımdır. Bütün dünya azərbaycanlılarının şəhid, qazi ailəsini unutmaması alqışlanası hadisədir. Tək Azərbaycanda deyil, xarici ölkələrdə də Azərbaycanın igid oğullarının qəhrəmanlığının nümayiş olunması fəxrdir.

Biz Qarabağı mərd oğullarımızın qanı bahasına azad etmişik. Onlar həmişə bizim başımızın tacı olmalıdır. Biz onlara bir Qarabağ kimi münasibət göstərməliyik. Çünki onlar Qarabağ uğrunda canlarını fəda edib, sağlamlıqlarından keçdilər. Şəhid, qazi övladlarının gələcəkdə iş, mənzil problemi olmamalıdır. Bu gün xalq olaraq fəxr hissi ilə başıdik durmağımızı onlara borcluyuq”.


Milli Qəhrəman Fariz Qəhrəmanov şəhid və qazi ailələrinə hər zaman dəstəyin vacibliyini vurğulayıb.

“Belə bir təşəbbüsün olunmasını dəstəkləyirəm. Burdan xaricdə yaşayan diaspor üvlərimizə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, xarici ölkələrdə də Azərbaycan igidlərini tanıdırlar.

Qarabağ uğrunda canını, sağlamlığı qurban verən hər bir igid bizim Ağdamımız, Cəbrayılımız, Kəlbəcərimizdir. Çünki onlar torpaqları azad edib, özlərini şəhidlik zirvəsinə yüksəltdilər”.


Qeyd edək ki, marafon mayın 25-i ictimaiyyətə təqdim ediləcək. İştirak edən dövlətlərlə canlı bağlantılar qurulacaq.


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?