Modern.az

Polşada azərbaycanlılara hüquqi yardım göstərilir

Polşada azərbaycanlılara hüquqi yardım göstərilir

Diaspor

21 May 2021, 13:20

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə Polşada yaşayan 500-dən çox soydaşımıza ödənişsiz hüquqi yardım göstərilib.

 

Modern.az xəbər verir ki, Polşa Azərbaycanlıları Assosiasiyasından bildirilib ki, bu məqsədlə 2020-ci ilin yanvarından indiyədək qurumun nəzdində yerli "Savicki və Vspolnicy Kancelaria Advokachka" hüquq firması xidmət göstərir. Həftədə bir dəfə firmanın vəkili Piotr Saviçki iki saat ərzində soydaşlarımıza hüquqi məsləhətlər verir. Müraciətlər əsasən Polşada oturum və iş vizalarının uzadılması, iş yerlərinin dəyişməsi, ailə vəziyyəti ilə bağlı sənədlərin düzgün hazırlanması, sürücülük vəsiqələrindən istifadə edilməsi  və sair məsələləri əhatə edib.

 

Qeyd edək ki, Piotr Saviçkinin çalışdığı "Savicki və Partners" hüquq firması Varşava şəhərində fəaliyyət göstərir və müştərilər arasında etibarlı tərəfdaş kimi tanınır. Varşava Advokatlar Şurasının üzvü, vəkil Piotr Savicki on ildən çoxdur ki, biznes sahələri  üçün korporativ xidmətlər, məhkəmə və inzibati icraatlar, habelə Polşada əcnəbilərin qalması və işlə təmin olunmasının leqallaşdırılması da daxil olmaqla biznes konsaltinqi sahəsində ixtisaslaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır