Modern.az

Nizami Gəncəvi haqqında ərəb dilində video-sujet hazırlandı

Nizami Gəncəvi haqqında ərəb dilində video-sujet hazırlandı

Aktual

23 May 2021, 21:58

Misirin paytaxtı Qahirə şəhərində  yerləşən EPS dillər mərkəzi tərəfindən dahi şairimiz Nizami Gəncəvi haqqında ərəb dilində video-sujet hazırlanıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib. 


Qeyd edək ki, EPS dillər mərkəzi Qahirədə Azərbaycan dilini tədris edən əsas mərkəzlərdən biridir.



 Video-sujetdə görkəmli şairimizin həyat və yaradıcılığına, əsərlərinə toxunularaq, şer və qəsidələrindən sitatlar gətirilmişdir. Şairin “Xəmsə”sindən sülh və tolerantlığı, sevgi və hörməti təbliğ edən məqamlar ərəb dilinə tərcümə edilərək, filmdə verilib.

Bu video-sujet şair Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda Nizami ili elan olunması münasibətilə hazırlanıb.



Video-sujet sözügedən Mərkəzin müdiri xanım İsra Adil və tələbələr Adil Mahmud, Hevəydə Ərəbi, Əhməd El-Nems, Əymən Əbu Zeyd və Hacər Amr tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, video-sujet Misirin KİV-lərində, o cümlədən sosial şəbəkələrində geniş şəkildə yayılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar