Modern.az

Palçıq vulkanlarımız “Təbiətin 7 yeni möcüzəsi" beynəlxalq müsabiqəsinin finalında

Palçıq vulkanlarımız “Təbiətin 7 yeni möcüzəsi" beynəlxalq müsabiqəsinin finalında

Təhsil

8 Fevral 2010, 17:41

Azərbaycanın palçıq vulkanları “Təbiətin 7 yeni möcüzəsi” beynəlxalq müsabiqəsində finalçılar siyahısına düşmüşdür. Bu barədə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Azərbaycanın palçıq vulkanları ilə yanaşı, bu siyahıya Polşanın göllər diyarı kimi tanınan Mazuralar da salınmışdır.
Ən yaxşı yeddilik uğrunda seçim 2011-ci ilin ortalarınadək davam edəcək.
Xatırladaq, Azərbaycanda palçıq vulkanlarının bütün növlərinə – aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlara təsadüf olunur. Planetimizdə mövcud olan 800 palçıq vulkanının 300-dən çoxu Bakı və Abşeron yarımadasında yerləşir və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.
Beləliklə, təbiət möcüzələrinə - Azərbaycanın palçıq vulkanlarına www.new7wonders.com saytında səs verin!  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı