Modern.az

ABŞ-dakı səfirliyimiz bu ölkənin telefon şirkətinə etiraz məktubu təqdim edib

ABŞ-dakı səfirliyimiz bu ölkənin telefon şirkətinə etiraz məktubu təqdim edib

Təhsil

8 Fevral 2010, 17:49

ABŞ-ın “Prescient Worldwide” telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etirazına səbəb olub. Nazirliyin müvafiq göstərişi əsasında 

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən  sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilib, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcək də belə səhvlərin təkrarlanmayacağını bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir