Modern.az

Gürcüstan və Fransadakı diaspordan “YAŞAT\" marafonuna DƏSTƏK

Gürcüstan və Fransadakı diaspordan “YAŞAT\

24 May 2021, 15:12

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" Xeyriyyə marafonu davam edir.

 

Xeyriyyə marafonunun məqsədi  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.

 

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar. 

 

Qeyd edək ki, marafon mayın 25-i ictimaiyyətə təqdim ediləcək. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər. 

 

Gürcüstan Tələbə Parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Elvin Tağıyev Modern.az-a deyib ki, müharibə əlillərinə, şəhid ailələrinə dəstək məqsədi ilə marafonun elanında qeyd olunan hesab nömrələrinə soydaşlarımız tərəfindən müəyyən miqdarda məbləğ köçürüləcək.

“Burada təbii ki, əsas məqsəd soydaşlarımıza yardım etməkdir. Kimin imkanı hansı məbləğə çatırsa, o qədər də yardım edəcək.

Biz xeyriyyə marafonu ilə əlaqədar sosial şəbəkələr vasitəsilə soydaşlarımız və gənclərimiz arasında xüsusi paylaşımlar, məlumatlar verməyə çalışırıq. Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu istiqamətdə də müəyyən məlumatlar yayılır ki, bu marafon haqqında bir çox insanın bilgisi olsun”.


Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova “YAŞAT” marafonu ilə əlaqədar keçən həftə Fransa Azərbaycanlıların Koordinasiya Şurası adından köçürmələr etdiklərini bildirib:


“Bununla yanaşı, Fransada fəaliyyət göstərən Alim-Elmi Assosiasiyası adından da ianələr köçürdük. Bu, bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Çünki bizə Zəfər sevinci yaşadan qazilərin və şəhidlərin qarşısında həyata keçirə biləcəyimiz tədbirlərdən biridir. Bunu mütləq sürətdə etməliyik.

Eyni zamanda, indivudual olaraq Fransadakı Azərbaycan İcmasının üvləri də ianələr köçürüblər. “YAŞAT” marafonu çox müsbət şəkildə qarşılanıb. Biz bundan sonra da çalışacağıq ki, mütləq sürətdə şəhidlərimizin, qazilərimizin ailələrinin həmişə qulluğunda duraq və maksimum dərəcədə onlara yardım etməyə çalışaq. Yardımdan da daha çox bu bizim bir vətəndaşlıq borcumuzdur.

Təşkilatçılara həm öz, həm Fransadakı Azərbaycan İcması adından, Diasporla İş üzrə Dövlət Komitəsinə, “YAŞAT” Fonduna və Diaspora Dəstək Fonduna, bütün iştirakçılara, dünyanın hər bir tərəfindən olan azərbaycanlılara təşəkkür edirəm. Fransadakı Azərbaycan icması da həmişəki kimi bu tipli ianələrdə sevə-sevə iştirak edir”.  

Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?