Modern.az

ATƏT : “Ukraynada prezident seçkiləri demokratik keçib”

ATƏT : “Ukraynada prezident seçkiləri demokratik keçib”

Təhsil

8 Fevral 2010, 20:11

Beynəlxalq müşahidəçilər Ukraynada keçirilmiş prezident seçkilərinin ikinci turu ilə bağlı öz rəylərini açıqlayıb. Modern.az xəbər verir ki, beynəlxalq müşahidəçilərin bu gün yaydığı bəyanatda qeyd olunur ki, Ukrayna prezident seçkilərinin ikinci turu Avropa Şurası və ATƏT normalarına uyğundur. Bəyanatda qeyd olunur ki, bu seçkilərdə 2004-cü il seçkiləri ilə müqayisədə proqres  müşahidə olunub. Müşahidəçilər prezidentliyə namizədlər arasında qarşılıqlı etimadın çatışmamazlığını  qeyd ediblər. Onlar  səsvermənin peşəkar, şəffaf və azad olduğunu bildiriblər.   Müşahidə missiyasının rəhbəri Joao Soareş qeyd edib ki, səsvermə demokratik seçkilərin yaddaqalan əksi olub.  O, bəyan edib ki, bu seçkilər Ukraynada hər kəs üçün qələbə olub.  

ATƏT nümayəndələri isə Ukrayna siyasətçilərini ikinci  tur seçkilərdən sonra hakimiyyətin dinc və konstruktiv ötürülməsini təmin etməyə çağırıb.

Ən son məlumtlara görə isə Yanukoviç və Timoşenkonun topladığı səslər arasında fərq böyüyür. Səslərin 97 faizinin hesablanmasından sonra  Yanukoviçin rəqibi Yuliya Timoşenkonu artıq 3 faiz səslə  qabaqladığı bildirilir.  Yanukoviç 48.49, Timoşenko isə 45.92 faiz səs yığıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır