Modern.az

Dini Komitə yazı müsabiqəsi elan etdi

Dini Komitə yazı müsabiqəsi elan etdi

Media

27 May 2021, 17:28

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yazı müsabiqəsi elan edib.
 
Modern.az xəbər verir ki, müsabiqədə I yer üçün 1 nəfər (800 manat), II yer üçün 2 nəfər (600 manat), III yer üçün 3 nəfər (400 manat) yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 6 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcək. Müsabiqənin nəticələri 2021-ci il 21 iyun tarixində açıqlanacaq.

 

Müsabiqəyə 2021-ci il mayın 27-dən iyunun 17-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazıların həcmi 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

 

Müəlliflər yazıları şəxsən və ya elektron qaydada təqdim edilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır