Modern.az

Timoşenko Yanukoviçin qələbəsini tanımır

Timoşenko Yanukoviçin qələbəsini tanımır

Təhsil

9 Fevral 2010, 11:40

Ukraynanın baş naziri Yuliya Timoşenko ikinci tur prezident seçkilərində rəqibi Regionlar Partiyasının namizədi Viktor Yanukoviçin qələbəsinin legitmliyini tanımaqdan imtina edir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Timoşenko rəhbərlik etdiyi partiyanın iclasında bəyan edib. Timoşenko blokunu Ali Radada təmsil edən deputatlar qeyd edirlər ki, partiya   3-cü tur prezident seçkilərinin keçirilməsini tələb edir.     Bundan əlavə, Timoşenko bloku səsvermənin nəticələrinin məhkəmədə araşdırılımasında israr edir. Timoşenko tərəfdarları seçki gedişində çoxsaylı qanun pozuntularına yol verildiyini qeyd edirlər.

 

Viktor Yanukoviçin qərargahında isə bildirirlər ki, Timoşenko və onun tərəfdarları gec-tez məğlubiyyəti etiraf edəcəklər.  Ali Radanın sədri Vladimir Litvin hesab edir ki, Ukrayna şəhərlərində kütləvi etiraz aksiyaları olmayacaq. 3-cü tur seçkilərin keçirilməsinə gəlincə, Litvin əlavə edib ki, növbəti tur seçkinin keçirilməsi istisna olunur. “İndi 2004-cü il deyil”,-deyə Litvin bildirib.

 

Ukrayna Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 99,5 faizini  hesablayıb. Geridə yoxlanmamış 0,5 faiz protokol qalıb. Bu əsasən Krım və Luqansk  vilayətindən olan protokollardır.  Bu səhərki iclasda  isə MSK bülletenlərin yoxlanmasını tam başa çatdıracaq. Ən son nəticələrə görə, Yanukoviç 48,83, Timoşenko isə 45,59 faiz səs toplayıb. Beləliklə də Yanukoviç Timoşenkodan 3,2 faiz səslə irəlidədir.

 

 Qeyd edək ki, səsvermənin rəsmi nəticələri fevralın 17-ə kimi açıqlanmalıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü