Modern.az

Polis üç nəfər “reket jurnalist”i SAXLADI

Polis üç nəfər “reket jurnalist”i SAXLADI

28 May 2021, 11:34

Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müdir həmin gün saat 15 radələrində kənd ərazisində televiziya əməkdaşları olduğunu bildirən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etdiklərini qeyd edib.


Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən  Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıb.

Rəsmi məlumata görə, hazırda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub