Modern.az

Azərbaycan diasporu: 28 Mayı qürurla qeyd edirik!

Azərbaycan diasporu: 28 Mayı qürurla qeyd edirik!

Diaspor

28 May 2021, 14:24

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 28-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

Öncəki illərdən fərqli olaraq bu il 28 Mayın özünəməxsusluğu var. Çünki 30 illik həsrətdən sonra müzəffər ordumuz 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad etdi. Artıq biz vətən həsrəti, torpaq nisgili çəkmədən bu günü qürurla qeyd edib, bütöv bir respublika olduğumuzu hər kəsə bəyan edirik.

Xaricdə yaşayan həmvətənlərimiz, diaspor nümayəndələri 28 Mayı necə təbliğ edirlər?


Modern.az
-ın əməkdaşı mövzu ilə bağlı Azərbaycanın ayrı-ayrı ölkələrdəki diaspor rəhbərləri ilə danışıb.


Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov:


“30 ildən sonra ilk dəfədir ki, bu bayramı hamılıqla qələbə ab-havası ilə qeyd edirik. Hər kəs çox sevinclidir, dövlətimiz, Ali Baş Komandanımız, əsgərlərimiz, zabitlərimiz, şəhidlərimiz və qazilərimizlə qürur duyuruq. 30 ildən sonra bu bayramı qalib xalq kimi qeyd etmək doğurdan da çox qürurverici bir hadisədir”.

E.Məmmədov bu münasibətlə tədbir təşkil edtiklərini söyləyib:

“Mayın 26-da Azərbaycan Respublikasının Niderlanddakı səfirliyi ilə Benilüks Azərbaycanlılar Konqresinin təşkil etdiyi möhtəşəm bir tədbir oldu. Həmin tədbirdə Niderlandda Azərbaycan səfirliyi və Diaspor Komitəsi tərəfindən çap olunmuş “Azərbaycan nağılları” kitabı Niderland dilində çap olundu. İlk nəşrdən 250-300-ə yaxın kitab çapdan çıxdı. Həmin kitab Niderlandda kitabxanalara, xəstəxanalara, məktəblərə hədiyyə olaraq paylanılacaq. Kitablar ayın 26-dan ödənişsiz olaraq insanlara paylanılır. Kitabın nəşr edilməsin də əsas məqsəd təbliğatdır. Yəni Azərbaycan nağılları holland dilində təbliğ olunur. Həmin tədbirdə Benilüks Azərbaycan Konqresinin nəzdində fəaliyyət göstərən “Fidanlar qrupu” da iştirak edib. Bu musiqili teatr qrupudur. Eyni zamanda, Noterdam şəhərində yerləşən həftəsonu məktəbinin şagirdləri və tələbələrinin də həmin konsertdə iştirakə təmin edilib.

Biz inanırıq ki, Azərbaycan xalqı və dövləti bundan sonra hər zaman belə qürurla, fəxrlə 28 May bayramını qeyd edəcək. Bu il Avropada doğurdan da çox fərqli bir 28 May keçirilir. Hər kəsin əhvalı yüksək səviyyədədir. Həm öz, həm Benilüks Azərbaycanlıları Konqresi, həm də bütün idarə heyətimizin üzvləri adından hər kəsi təbrik edirəm”.

 

İsveçrədəki Azərbaycanlıların Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov 28 Mayın Azərbaycanın qeyd etdiyi ən önəmli və vacib tarixlərdən biri olduğunu söyləyib:


“Azərbaycan Demokratik Respublikasının yaranması günü tariximizə qızıl hərflərlə yazılmış çox önəmli bir hadisədir. Bəlkə də Azərbaycanın qeyd etdiyi ən önəmli və vacib tarixlərdən biridir. Azərbaycan Demokratik Respublikası 100 il bundan öncə elə bir addımlar atmışdır ki, indiyə qədər neçə illər keçsə belə, onun səsi-sorağı kəsilmir. Həmişə İsveçrədəki insanlara, qurumlara Azərbaycan demokratik respublikasının qəbul etdiyi qərarları qürur hissi ilə çatdırıram”.


Q.Nəsirov həmin dövrdə bir çox önəmli qərarların qəbul edildiyini qeyd edib:


“Belə ki, qadınların seçmə və seçilmə haqqı, milli azlılıqların qorunması çox önəmli qərarlardan biri idi. Təsəvvür edin ki, 100 il bundan öncə Azərbaycan Demokratik Respublikasının qurucuları belə qərarlar haqda fikirləşmişdilər. Bunları yaymaq vacibdir. Və biz də qürurla bu bilgiləri yaşadığımız ölkədəki insanlara yaymağa çalışırıq.

Azərbaycanın nə qədər inkişaf etmiş, irəli düşünən bir ölkə olduğunu bir daha hamıya bildirməliyik”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!