Arxiv
28 May 2021, 18:15 | DİASPOR
Respublika günümüz Niderland qəzetində

Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü münasibətilə Niderland mətbuatının seçilən  AD (Algemeen Dağblad) qəzetinin 5-ci səhifəsində böyük bir reklam yerləşdirilib.

 

Modern.az xəbər verir ki, reklamın çapına “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nail olunub.

Bu barədə məlumat verən birlik sədri Mayisə Ağamirzəyeva bildirib ki, artıq müharibə dövrünü geridə qoymuşuq və Vətənimizi gözəllikləri ilə təbliğ etməliyik. Hər zaman birtərəfli mövqe tutan Avropa mətbuatı ilə bu yolla anlaşacağımıza əminik. O, bildirib ki, Niderland mətbuatında belə böyük bir təbrik reklamının yerləşdirilməsi üçün uzun müddət danışıqlar aparılıb və sonunda nail olunub. Reklamda Azərbaycanın bu gün Respublika günü olduğu və Niderlandda yaşayan azərbaycanlıların da bu günü qeyd etdiyi bildirilir. Eləcə də 103 il öncə yaradılan respublikanın islam Şərqində ilk demokratik respublika olduğu diqqətə çatdırılır. Bundan başqa, reklamda Azərbaycan haqqında məlumat almaq istəyənlərin www.azerbaijan.az saytına baxmaları və QR kodunu aktivləşdirmələri tövsiyyə olunur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv