Arxiv
29 May 2021, 12:34 | DİASPOR
Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may-Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb və böyük həvəslə izləyiblər.

 

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv