Arxiv
29 May 2021, 14:25 | DİASPOR
28 May - Respublika Günü Kanadada qeyd olundu - FOTO

Kanadada Azərbaycan dilinin tədrisi ilə məşğul olan həmyerlimiz Yeganə Cəfərovanın rəhbəri olduğu "Toronto Azərbaycan Dili Sinfi"nin şagirdləri 28 May - Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümü münasibətilə xalqımıza öz təbriklərini çatdırıblar. Şagirdlər öz təbrik çıxışlarında bildiriblər ki, 28 May müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür və 1990-cı ildən bu şanlı tarix dövlət bayramı kimi qeyd edilir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, şagirdlər Azərbaycan şairələri Solmaz Şirinin "Azərbaycanım", Sədaqət Əhmədovanın "Azərbaycan", müasir Azərbaycan şeirinin görkəmli nümayəndələri Əhməd Cəmilin “Vətən” və Hikmət Ziyanın "Anamız Azərbaycan" şeirlərindən parçalar səsləndirib, Məhəmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabından götürülmüş "Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" misralarını söyləyiblər.

 

Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümünə həsr olunmuş ingilis dilində videomaterial hazırlanıb.

 

Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan videomaterialda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi barədə ətraflı məlumat verilib. Bu nailiyyətin xalqımızın uzun illər apardığı milli azadlıq mücadiləsi, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət qurucularının fədakar fəaliyyəti nəticəsində əldə olunduğu nəzərə çatdırılıb. Cəmi 23 ay fəaliyyət göstərən AXC-nin nail olduğu uğurlar sadalanıb, 70 il sovet əsarətində qalan xalqımızın 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərqərar etdiyi yada salınıb.

 

Videomaterialı aşağıdakı linkdən izləmək mümkündür:

 

https://www.facebook.com/WeprayforAzerbaijan/videos/10225898552158755

 

28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image 28 May - Respublika Günü Kanadada qeyd olunub (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv