Modern.az

Təhlükəsiz internet günü

Təhlükəsiz internet günü

9 Fevral 2010, 14:55

9 fevral – Təhlükəsiz internet günü dünyanın 60-dan çox ölkəsində qeyd olunacaq. Bu günün qeyd olunması təşəbbüsü Avropa Komissiyasına aiddir.

2004-cü ildən etibarən bu gün fevral ayının ilk çərşənbə axşamında qeyd olunur. Onun məqsədi isə əsasən dünya üzrə uşaqlar və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.
Bu il Təhlükəsiz internet günü “Think before you post!” (Yerləşdirməzdən əvvəl fikirləşin) şüarı altında keçirilir. Həmin deviz istifadəçiləri hər bir informasiyanı Qlobal Şəbəkədə yerləşdirməzdən və ya ismarıc göndərməzdən əvvəl düşünməyə çağırır.
“Yeni texnologiyalar hamıya, xüsusən də gənclərə internetdə müxtəlif məlumatlar yerləşdirmək imkanları verir. Bir tərəfdən yeni texnologiyaların köməyi ilə insanlar özlərini ifadə etmək və yaradıcılıqla məşğul üçün əla imkanlar qazanır, digər tərəfdən isə xoşagəlməz və ya çətin vəziyyət yarada və ya zərər gətirə bilərlər” - deyə Təhlükəsiz internet gününün təşkilatçıları vurğulayır.
Qeyd edək ki, Təhlükəsiz internet gününün keçirilməsi bu istiqamətdə təhlükəsizliyin artırılması və qanunsuz kontentlə mübarizə məqsədlərini daşıyan və Avropa İttifaqında həyata keçirilən daha qlobal bir proqramın tərkib hissəsidir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir