Modern.az

Nazim Məmmədov: “Özümüzü neft olmayan vaxta da hazırlamalıyıq”

Nazim Məmmədov: “Özümüzü neft olmayan vaxta da hazırlamalıyıq”

9 Fevral 2010, 15:22

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az saytının suallarını cavablandırır

- Nazim müəllim, dünyanı cənginə alan maliyyə böhranı indi hansı mərhələdədir? Azərbaycan bu mənada hansı dövrünü yaşayır?

- Hələ bir neçə il öncə iqtisadi böhranın olacağı barədə məlumatlar verilirdi. İqtisadiyyat dövrilik inkişaf edir. Müəyyən dövrdən sonra təbii ki, böhran yaranmalıdır. Bundan sonra menecmentliyini yaxşı qurmuş və böyük resurslara malik şirkətlər daha da yaxşı inkişaf etməlidir. Eyni zamanda, sıradan çıxanlar da olmalıdır. Böhranın yaranma tarixinə nəzər salaq, elan edildi ki, Amerikanın ipoteka bazarlarında başlanan bu böhran sonradan dünyanın ayrı-ayrı ölkələrinə sirayət elədi. Bəlkə də səbələrdən biri bu idi. Ancaq beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, neft gəlirləri hesabına Rusiya 2013-cu ildə dünyada iqtisadi cəhətdən üçüncü dövlət olacaqdı. Bu isə təhlükəli bir tendensiya yaradırdı. Çünki Rusiya yenidən hegemonluq siyasətini bərpa etmək yolunu tutmuş olacaqdı. Bu məsələ bütün dünya ölkələrini narahat etməyə başlamışdı. Mən iqtisadi böhranın əsas səbəblərindən biri kimi bu məsələni önə çəkmək istəyirəm. Putinin qonşu dövlətlərə qarşı apardığı siyasət, regionda nüfuzunu qaldırmaq üçün yürütdüyü xətt Qərbi nəsə etməyə məcbur etdi. Məncə, Rusiyaya öz yerini göstərməyin yollarından biri bu ölkənin bazarlarında Qərb investorlarının hesabına fəaliyyət göstərən səhmdar cəmiyyətlərin çökdürülməsi oldu. Burada adekvat addım Rusiyanın Qərbi mavi qaz yanacağı ilə təhdid etməsi oldu. Təbii ki, bu kimi məqamlar Azərbaycan iqtisadiyyatından yan keçə bilməzdi. Çünki Azərbaycanda elə müəssisələr var idi ki, onların tərəfdaşları xarici bazarlarda fəaliyyət göstərirdi. Bu, əsasən metalılurgiya və ağır sənayeyə aid idi. Baxmayaraq ki,  bizim ixracımızın 97 faizini neft və neft məhsulları təşkil edir, ancaq xarici partnyorların problemləri artdıqca bizə də mənfi təsirini göstərdi. Bütün bunların nəticəsi olaraq böhran şəraitində insanlar vəsaitlərini daha çox nəğd şəklində saxlamağa üstünlük verirlər. Azərbaycan bazarlarında son illərdə daşınmaz əmlakın qiyməti reallığa uyğun olmayan dərəcədə bahalaşmışdı. Real bazar şəraitində tələb təklif arasında disproporsiya yarandıqda qiymətlər şişir. Biz bununla bağlı həyacan təbili çalırdıq ki, torpağın qiyməti bu qədər baha ola bilməz. Bu, reallığa uyğunlaşdırılmalıdır. Bu məsələdə yaranan anormallıq tələbin çox olması ilə bağlı idi. İnsanların öz vəsaitlərini başqa sahələrə yönəltmələrinə də imkan yox idi. Burada subyektiv səbəblər də var idi. Ona görə də Azərbaycan iqtisadiyyatında birdən-birə tikinti bazarına ehtiyac qalmadığından bu sahə tənəzzülə uğradı. Bu da iş yerlərinin bağlanmasına, işçilərin işsiz qalmasına gətirdi. Dövlət başçısı aqrar sahənin, digər qeyri-neft sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Hələ 2009-cu ilin birinci rübündə Prezident Nazirlər Kabinetində antiböhran tədbirlərinin konturlarını da göstərmişdi. Burada sahibkarların daha çox dəstəklənməsi, yeni iş yerlərinin qorunub saxlanılması üçün ciddi addımların atılması nəzərdə tutulurdu. Bütün bunlar real hədəflər idi. Ancaq 2009-cu ildə bu hədəflərə tam çata bilmədik. Düzdür, Mərkəzi Bank ARDNŞ və “Azəralüminium”a təqribən 1 milyard manata yaxın məbləğdə vəsait verdi. Ancaq bank və qeyri neft sektorunda biz bunu hiss etmədik. Ona görə də bu gün bizdə kreditlərin faizi çox yüksəkdir. Banklar tərəfindən uzunmüddətli investisiya qoyuluşu çox azdır. Özəl banklarda kredit qoyuluşu təqribən 2 milyard manata yaxındır. Baxmayaraq ki, özəl bank sektoru verdikləri kreditlərin çox hissəsini əhalidən depozit şəklində qəbul edirlər. 2 milyard 250 milyona yaxın depozitlər var. Bu bir daha sübut edir ki, özəl bankların həm məcmu kapitallarının aşağı, həm faiz dərəcələrinin yüksək olduğuna görə iqtisadiyyatımız dinamik inkişaf edə bilmir. Burada əsas məsələ maliyyə resurslarının aşağı olmasıdır. Sevindirici haldır ki, Prezidentin müdaxiləsindən sonra “Mərkəzi bank haqqında” Qanuna dəyişiklik edildi. Burada Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salınması ilə bərabər, qanunvericilik baxımından depozit qoymaq imkanları da tanındı. Hər halda Azərbaycan iqtisadiyyatının indiki durumuna baxanda hələ ki, bir dirçəlmə görmürəm. Məncə indi durğunluq vəziyyətindədir. Deyə bilərəm ki, dünya böhranın bir mərhələsini keçib. Çünki 2009-cu ilin sonunda Amerikanın iqtisadi artımı 0,1 faiz elan olundu. Bu ölkədə qiymətıli kağızların indeksinin  artımı müşahidə olundu. Bunun əksinə olaraq Avropa iqtisadiyyatının aparıcılarından olan Almaniyada geriləmə müşahidə olundu. Azərbaycanda  isə 2009-cu ildə iqtisadi artım 9,3 faiz oldu. Düzdür bunu böyük hissəsi neftin payına düşür, məsələ ondadır ki, Azərbaycan neft ölkəsidir və burada heç bir qəbahət yoxdur. Ancaq bütün bunlar uzunmüddətli inkişafın əsası ola bilməz. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, qeyri-neft sektorunun inkişafında maraqlı olmalıyıq.

- Dediyinizdən belə başa düşmək olarmı ki, iqtisadiyyatımız tam olaraq neftdən asılıdır?

- Bunu mən yox, rəqəmlər deyir. Başqa məsələ ki, biz dinamikanı nədə görürük? İqtisadi siyasətimizin əsas xətti neftdən asılılığı aşağı salmaqdır. Hesab edirəm ki, regionlarda soyuducu anbarların inşası istehsalçı ilə istehlakçı arasında əlaqələri daha sıxlaşdıracaq. Bu günə qədər regionlarda istehsal olunan kənd təsərrüfatı məhsullarını alıb saxlamaq və sonra bazarlara çatdırmaq mexanizmi yox idi. Bu həm də ilboyu qiymətlərin nizamda saxlanmasına xidmət edəcək. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələrdə də bildirib ki, özümüzdə istehsal olunan məhsullarla özümüzü tam təmin etməliyik. Bu ərzaq təhlükəsizliyinin, milli təhlükəsizliyin tərkib hissəsidir. Qeyd edim ki, biz şahidi olduq ki, 2009-cu ildə bir çox regionlarda Sahibkarlığın İnkişaf Fondunun köməyi ilə xeyli işlər görülüb. Bunlar 2010-cu ildə də davam etdiriləcək. Ona görə də ixracımızın 97 faizini neft və neft məhsulları təşkil edirsə, deməli, neftdən asılı ölkəyik. Allahın Azərbaycan xalqına bəxş etdiyi karbohidrogen ehtiyatlarının toplanıb gələcək nəsillərə çatdırılması Heydər Əliyev siyasətinin əsas qayəsi idi. Özümüzü nef olmayan vaxta da hazırlamalıyıq. Bu baxımdan, mən məsələlərə kompleks yanaşmağın tərəfdarıyam. Regionlara baxdıqda infrastruktrun tam bərpa olunmadığı göz önündədir. Eyni zamanlarda rayonların təbii qazla təmin olunması məsələsi qaneedici deyil. Kənd və qəsəbələrin yollarına külli miqdarda vəsait lazımdır. Su təchizatı, kanalizasiya məsələləri böyük masştablı məsələlərdir. Regionların Sosial iqtisadi inkişafının ikinci mərhələsində xeyli məsələlər nəzərdə tutulur. O hədəflərə çatmaq üçün şəffaflığı artırmaqla investisiya layihələrini də genişləndirməliyik. Düzdür, insanlarımız kapitalizm qaydalarına uyğun olmayaraq kommunal xidmət haqlarını bəzən gecikdirirlər. Amma yerlərdə pensiyaların, ünvanlı sosial yardımların gecikdirilməsinin də şahidi oluruq. Məlum olur ki, bunların çoxu subyektiv amillərlə bağlıdır. Bunlara diqqət verdikdə görünür ki, məmurlar işlərinə heç də hər zaman düzgün yanaşmırlar. Bu baxımdan antiböhran məsələləri ilə bağlı ölkə başçısının qeyd etdiyi bəzi məsələlər hələ də həllini gözləyir.

- Azərbaycanda kreditlərin daha çox insanları müflis etdiyi söylənilir. Bir iqdisadçı kimi sizin fikirləriniz necədir?

- Təhlillər göstərir ki, kredit faizlərinin yüksək olması burada fakrordur. Bizdə 177 milyon manat kredit bank olmayan təşkilatlar tərəfindən verilib. Təqribən 200 minə yaxın insan bundan yararlanıb. Amma bu insanlar aztəminatlı olduğundan bəzən kreditləri vaxtında ödəyə bilmirlər. Bu isə əlavə problemlər yaradır. Ancaq Azərbaycan insanının yaxşı yaşamağa haqqı var. İndiki bazarda olan resursların düzgün idarə olunmaması üzündən müəyyən banklar sosial öhdəlikləri yerinə yetirə bilmirlər. Elə şərait yaratmaq lazımdır ki, banklar insanlara daha sərfəli kredit vermək rəqabətinə girsinlər. Ancaq biz nəyin şahidi oluruq, böhranın baş verməsinə, Mərkəzi Bankın uçot dərəcələrinin aşağı düşməsinə baxmayaraq kredit faizləri artır. Banklara müracıət edən 100 nəfərin 7-8-nə kredit verilmir. Çünki bankların o qədər vəsaiti yoxdur. Əgər bank lisenziya alıb və üzərinə hansısa öhdəlik götürübsə, bunu yerinə yetirməlidir. Ancaq bizdə çalışırlar ki, əhalidən müəyyən məbləğdə pul toplasınlar. Bizdə insanlar özəl banklara 2 milyard 250 milyon manat məbləğində pil yatırıblar. Ancaq  həmin banklar 2 milyard manatlıq kredit veriblər. Dövlət vəsaitləri hesabına resurslar verən Mərkəzi Bankın rezervləri 6 milyarddan yuxarıdır. Ancaq öz ölkəmizdə kifayət qədər vəsaitə ehtiyac var. Banklar həmin vəsaiti götürüb kifayət qədər ucuz faizlərlə verə bilərlər. Bu da istehsal olunan malın və göstərilən xidmətin dəyərini aşağı sala bilər. Sonda isə istehlakçılar qazanar. Amma biznes sahəsinin adamının aldığı kredit onun mayara dəyərinə oturur. Bu da qiymət bahalıaşmasına gətirir. Bu baxımdan mən məsələnin kökünü qeyri-neft sektorunda vəsaitlərin az olmasında görürəm. Niyə region ölkələrinin hamısında kredit 10 faizi keçmir. Bizdə isə üçqat artıqdır. Başqa məsələ “şapka” ilə bağlıdır.

- Sizcə, bundan sonra Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər əvvəlki səviyyəyə qalxa bilərmi?

- Azərbaycanda mənzilə ehtiyacı olan kifayət qədər insan var. Bu bazar perspektivlidir. Bəzi məlumtlara görə təqribən əhalinin əlində 4 milyard manatdan artıq vəsait var. İnsanlar banklara etibar etmədiklərindən bu vəsaiti banklara qoymurlar. Əvvəlki illərdə əmanətlərin qaytarılmamsı ilə bağlı təcrübə var. Bəzi bankların əmanət cəlb etmək məsələsi məhdudlaşdırılır. Ancaq daşınmaz əmlak bazarını canlandlrmaq üçün vəsait lazımdır. Burada İpoteka Fondunun üzərinə böyük yük düşür.

    

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır